Azərbaycanda “rəqəmli televiziya qəbulediciləri” dövlət standartı təsdiq edildi

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi “İnformasiya-kommunikasiya texnologiyaları” Texniki Komitəsi tərəfindən təqdim edilən AZS İEC 62216-2013 “DVB-T sistemi üçün yerüstü rəqəmli televiziya qəbulediciləri” dövlət standartını təsdiq edib. Komitənin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, standartın tətbiq vaxtı 1 mart 2013-cü il müəyyən edilib.

Bu beynəlxalq standart DVB-T (yerüstü rəqəmli televiziya yayım standartı) sistemləri üçün SD və HD qəbuledicilərinin xüsusiyyətlərini müəyyənləşdirir. Standart yayımçılara (yayım operatorları) və qəbuledici istehsalçılarına (idxalçılarına) aiddir.

Standartın məqsədi qəbuledicilər tərəfindən yayım siqnallarını qəbul etmək, ötürülən axınların keyfiyyətini təmin etmək, qəbuledicilərdə yayımlara uyğun tələb olunan iş rejimini formalaşdırmaq və istehlakçıları keyfiyyətli yayımla təmin etməkdir.
Standartda qəbuledicinin imkanları, video və audio sistemin, həmçinin multipleks və ötürülən axınların xüsusiyyətləri, video görüntünün formatlaşdırılması, subtitrlər, radiotezlik hissəsi və kanal dekoderi, tətbiqi proqram interfeysi və s. ilə bağlı tələblər müəyyən olunub.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO