Azərbaycanda qanunsuz miqrantların ölkələrinə qaytarılması üçün yeni layihəyə start verilir

Azərbaycanda qanunsuz miqrantların ölkələrinə qaytarılması üçün yeni layihəyə start verilirAzərbaycanın Dövlət Miqrasiya Xidməti (DMX) Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) ilə birgə pilot layihə həyata keçirəcək. Layihə Azərbaycandakı qanunsuz miqrantların öz ölkələrinə qaytarılmasını nəzərdə tutur.

Bunu Trend-ə eksklüziv açıqlamasında DMX-nin rəis müavini, 3-cü dərəcəli dövlət miqrasiya xidməti müşaviri Pərviz Musayev deyib.

Onun sözlərinə görə, Azərbaycandakı qanunsuz miqrantların deportasiyası ilə bağlı layihə BMqT ilə müzakirə edilib və razılaşdırılıb. Onun bir müddət sonra həyata keçirilməsi planlaşdırılır: “Layihənin reallaşması üçün 50 min manat maliyyə vəsaiti tələb olunur. Hazırda maliyyə məsələlərinin həlli üçün müzakirələr aparılır. Bu barədə BMqT-nin baş direktoru Uilyam Sinqin ötən həftə Azərbaycana baş tutan rəsmi səfəri zamanı danışıqlar aparılıb. Maliyyə məsələsi həllini tapandan sonra layihənin 1-2 ay ərzində icrasına başlanılacaq”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO