Azərbaycanda pensiyaçılar bankomatlardan pulsuz istifadə edə biləcəklərmi?

Azərbaycan Mərkəzi Bankı (AMB) bir bankın plastik kartlarını digər bankın bankomatlarında komissiya ödəmədən istifadə etməyə imkan verəcək interfeys hazırlamağı planlaşdırır. Bunu Trend-ə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev deyib.

Söhbət Azərbaycan Beynəlxalq Bankı (ABB) və “Kapital Bank”ın buraxdığı pensiya kartlarından gedir.

Onun sözlərinə görə, hazırda AMB milli ödəniş sisteminin təkmilləşdirilməsi üzrə böyük texniki layihə reallaşdırır. Bu layihə çərçivəsində DSMF və Mərkəzi Bank istənilən bankın bankomatlarından faizsiz istifadə etmək məqsədilə interfeysin yaradılması layihəsi üzrə razılıq əldə ediblər.

E.Mehdiyev vurğulayıb ki, pensiya sistemində bir çox islahatlar banklar arasında bu interfeysin yaradılmasından asılıdır: “Hazırda belə sistemimiz yoxdur. DSMF sistemin yaradılmasından sonra ona qoşula bilər”.

Qeyd edək ki, ABB və “Kapital Bank”ın bank xidmətlərinə görə komissiyanı DSMF ödəyir.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO