Azərbaycanda ötən il 170 xəbər portalı yaranıb – AMŞ sədri

Azərbaycanda ötən il 170 xəbər portalı yaranıb. Orta hesabla 2 gündən bir xəbər portalı yaranır.
SalamNews xəbər verir ki, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.
O deyib ki, ABŞ təhlükəsizlik orqanları 200 milyon insanın mesajını oxuya bilir. İnsanların 40%-ə qədəri informasiyanı internet vasitəsilə alır. Bu faiz getdikcə artır. 2020-ci ildə əsəs informasiya mənbəyi internet olacaq.
Onun sözlərinə görə, Azərbaycanda 300-dək xəbər portalı fəaliyyət göstərir. Bu il internet-media ilə bağlı çoxsaylı tədbirlər keçirməyi planlaşdırmışıq. Etik normaları pozmaq istəyən şəxslər internet resusrslarında fəaliyyətə başalayıblar. Bununla bağlı Mətbuat Şurasına çoxlu şikayətlər daxil olur. İnformasiya təhlükəsizliyi dünyada ön plana çəkilməlidir.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO