Azərbaycanda internet mediasının inkişafına 100 milyon manat yardım ayrılacaq

Azərbaycanda həm internetin, həm də internet mediasının inkiafı çox sürətlə gedir.

SalamNewsxəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun (AİF) prezidenti, Multimedia Mərkəzinin direktoru Osman Gündüz “Yeni Media və Yeni çağırışlar” mövzusunda Bakıda keçirilən konfransda deyib.

O bildirib ki, Azərbaycan Dövlət Neft Fondu tərəfindən internet mediasının inkişafına 100 milyon manat maliyyə yardımının ayrılması gözlənilir: “Ümumiyyətlə, 2014-cü ildən başlayaraq üç il ərzində 300 minlyon manat vəsait ayrılacaq. Dövlətin internet mediasına dəstəyi yüksək səviyyədədir. Bəziləriləri hesab edirlər ki, internet mediası həm də biznes sahəsi olduğu üçün dövlətin dəstəyinə ehtiyacı yoxdur. Əslində, bu, belə deyil. Müasir dünyada internet mediası informasiyaların vaxtında təqdim olunmasında böyük rol oynayır. Bu sahə həm də dünyada baş verən proseslərə təsir etmək gücünə malikdir. Dünyada tanınmış bir çox media orqanı var ki, öz dövlətlərinin siyasətində əhəmiyyətli rol oynayır.”

– See more at: http://salamnews.org/az/news/read/127969#sthash.cltpR8Ab.dpuf

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO