“Ölkədə televiziya kanallarına maraq olduqca böyükdür. Hər kəs istədiyi kanala baxmaq üçün seçim hüququna malikdir.”
Bu sözləri SalamNews-a və İnterAz-a müsahibəsində Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli deyib.
O, televiziya kanallarının fəaliyyətini qənaətbəxş qiymətləndirsə də, bəzi narazılıqların olduğunu da vurğulayıb ki, Azərbaycanda hər kəsi qane edəcək televiziya kanalı yoxdur. Ümumilikdə götürsək, televizya kanallarının fəaliyyətini qənaətbəxş saymaq olar.
N.Məhərrəmli telekanallarda çalışan aparıcıların işinə münasibət bildirib: “Televiziya kanallarında xəbər aparıcıları ilə bağlı problem yoxdur. Lakin şou proqramlarda çalışan aparıcılara kəskin iradlar mövcuddur: “Şou xarakterli verlişləri aparan aparıcıların efir mədəniyyəti, biliyi qənaətbəxş deyil. Reytinq arxasınca qaçarkən milli-mənəvi dəyərləri unutmaq lazım deyil.”