Azərbaycan və Gürcüstan gömrük xidmətləri arasında sənəd imzalanıb

Azərbaycan və Gürcüstan gömrük xidmətləri arasında sənəd imzalanıbAzərbaycan və Gürcüstan gömrük xidmətləri arasında “Məlumat mübadilə sistemi üzrə texniki təminat sənədi” imzalanıb.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, avqustun 24-də Tbilisi şəhərində, bu ölkənin Maliyyə Nazirliyinin Gəlirlər Xidmətində Azərbaycan və Gürcüstan gömrük xidmətlərinin nümayəndə heyətlərinin görüşü keçirilib. Görüşdə Azərbaycan və Gürcüstan arasında iqtisadi, siyasi və mədəni əlaqələrin hazırkı durumu yüksək qiymətləndirilib, iqtisadi əlaqələrdə gömrük orqanlarının da üzərinə mühüm vəzifələrin düşdüyü qeyd olunub. Görüş zamanı iki ölkənin müvafiq qurumları arasında qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyi və təcrübə mübadiləsinin ümumi işə faydası vurğulanıb.

Sonra Azərbaycanın Dövlət Gömrük Komitəsi və Gürcüstanın Maliyyə Nazirliyinin Gəlirlər Xidməti arasında “Məlumat mübadilə sistemi üzrə texniki təminat sənədi” imzalanıb. Sənədi Azərbaycan Dövlət Gömrük Komitəsinin Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi İqbal Babayev və Gürcüstanın Maliyyə Nazirliyinin Gəlirlər Xidməti İnformasiya Texnologiyaları Mərkəzinin sədrinin müavini Givi Murvanidze imzalayıb.

Qeyd edək ki, Azərbaycan və Gürcüstan hökümətləri arasındakı “Gömrük işi üzrə inzibati yardım” müqaviləsinə əsasən imzalanan sənədin məqsədi iki ölkə arasında ticarətin asanlaşdırılmasına töhfə vermək, mallar və nəqliyyat vasitələri barədə ilkin məlumat mübadiləsinin həyata keçirilməsini təmin etməkdir.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO