Azərbaycan və Belçika ikitərəfli münasibətlərin inkişafını müzakirə edəcək

Belçikanın xarici işlər naziri Didye Reyndersin Azərbaycana gözlənilən rəsmi səfəri çərçivəsində ikitərəfli münasibətlərin möhkəmlənməsi ilə bağlı müzakirələr aparılacaq.

Trend-ə bu barədə Belçikanın Azərbaycandakı səfirliyindən bildiriblər. D.Reyndersin Bakıya səfəri aprelin 27-dən 29-dək planlaşdırılıb. Üç gün davam edəcək səfər çərçivəsində Belçika XİN başçısının Azərbaycan rəsmiləri ilə yüksək səviyyəli görüşləri planlaşdırılıb.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, Azərbaycan və Belçika arasında ticarət dövriyyəsi 2015-ci ilin birinci rübündə 26,7 milyon ABŞ dolları həcmində olub ki, bu göstərici ötən ilin analoji dövründən 65,8 faiz artıqdır. Bu ilin yanvar-mart aylarında Azərbaycana 16,26 milyon dollar dəyərində Belçika məhsulları idxal olunub.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO