Avropa Komissiyasının genişlənmə və qonşuluq siyasəti məsələləri üzrə komissarı Yohannes Hanın bu gün başlayan Bakı səfəri çərçivəsində Azərbaycan və Avropa İttifaqı (Aİ) arasındakı qonşuluq siyasətinə dəyişikliklər müzakirə olunacaq.
Trend-in Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinə istinadən verdiyi məlumata görə, səfər zamanı tərəflər Azərbaycan və Aİ arasındakı əməkdaşlığın inkişafı məsələlərini, mayda Riqada keçirlməsi gözlənilən “Şərq Tərəfdaşlığı” sammitini, Aİ-nin qonşuluq siyasətinə dəyişikliklər mövzusunu müzakirə edəcəklər.
Y.Hanın səfəri aprelin 9-na qədər davam edəcək.
“Şərq Tərədaşlığı” Aİ-nin layihəsi olub özündə Azərbaycan, Ukrayna, Moldova, Ermənistan, Gürcüstan və Belarusla inteqrasiya əlaqələrinin inkişafını ehtiva edir.