Azərbaycanın kişilərdən ibarət milli komandası Gürcüstanın Batumi şəhərində keçirilən 43-cü Ümumdünya Şahmat Olimpiadasında növbəti oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, yığmamız beşinci turda Ermənistan komandası ilə üz-üzə gəlib. Qarşılaşma Azərbaycan şahmatçılarının qələbəsi ilə başa çatıb – 2,5:1,5.
Yığmanın heyətində Şəhriyar Məmmədyarov Levon Aronyanı məğlub edib (1:0). Teymur Rəcəbov isə Qabriel Sargisyandan üstün olub (1:0). Rauf Məmmədov görüşünü heç-heçə ilə başa vurub, Arkadi Naydiç isə rəqibi ilə qarşılaşmadan məğlub ayrılıb.
Beşinci turdan sonra xallarının sayını 10-a yüksəldən Azərbaycan millisi turnir cədvəlinə başçılıq edir.