Azərbaycan mediasında ən çox adı hallanan qurumlar açıqlanıb

Media Consulting and Services (MC&S) media monitorinq qrupu 01-31 oktyabr 2014-cü il dövrü üzrə məlumatların hesabatına yekun vurub.

MC&S-dən SalamNews-a verilən məlumata görə, media monitorinqin əhatəsinə daxil olan məlumatlar say, xarakter və məzmun üzrə təhlil olunub, sektorlar üzrə şirkətlərin media reytinqi hesablanıb.

Qeyd edək ki, Şirkətin media monitorinq qrupu 10 Televiziya, 35 çap və 170 on-line media daxil olmaqla 215-dən çox mənbəni izləyir. Şirkət hazırda 20 sektorun, o cümlədən Enerji-yanacaq, Telekommunikasiya, Bank, Sığorta, Otelçilik və Turizm, İnşaat, Ərzaq, Tibb, İçki, Avtomobil, Təhsil və sair sahələrin media monitorinqini aparır.

Aparıcı 6 sektor üzrə adı mediada ən çox adı hallanan qurumları təqdim edirik. Məlumatların sayına görə mobil rabitə şirkətləri arasında Azercell (365 məlumat), banklar arasında Azərbaycan Beynəlxalq Bank (383 məlumat), sığorta şirkətləri arasında ATA Sığorta (158 məlumat), ali məktəblər arasında BDU (1093 məlumat), otel və biznes mərkəzləri arasında Hilton (192 məlumat), avtomobil markaları arasında Mercedes (118 məlumat) irəlidədir.

Qeyd edək ki, nəticələr şirkətin FB səhifəsində daha dolğun yerləşdirilib: (https://www.facebook.com/MediaConsultingServices?fref=photo)

Hesabatla bağlı daha ətraflı məlumat əldə etmək və almaq istəyən şəxslər [email protected] ünvanına və 012-5678461 telefon nömrəsinə müraciət edə bilərlər.

– See more at: http://salamnews.org/az/news/read/149317#sthash.DcToXLNX.dpuf

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO