Azərbaycan İraqın neft sektoruna investisiya qoymağa hazırlaşır

SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti) və İraq Milli Neft Şirkəti birgə layihələr üçün işçi qrupu yaradır.
Trend-in məlumatına əsasən, bunu Azərbaycanın Energetika naziri Natiq Əliyev jurnalistlərə deyib.
N.Əliyev bildirib ki, söhbət İraqa investisiya qoyuluşundan gedir: “Neft yataqları ilə bağlı layihələrdən birini seçib onun üzərində işləməyi planlaşdırırıq”.
Nazir qeyd edib ki, İraq şirkətləri də Azərbaycanda layihələrin reallaşdırılmasında iştirak etməyə dəvət ediliblər: “Bu əməkdaşlığın məhsuldar olacağından əminəm”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO