Bakıda Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Forumu çərçivəsində ölkəmiz BMT-nin xüsusi mükafatına layiq görülüb.
AZƏRTAC xəbər verir ki, BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Liu Cenmin ölkəmizdə rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində BMT-nin xüsusi mükafatını Birinci vitse-prezident Mehriban Əliyevaya təqdim edib.
Forum Heydər Əliyev Mərkəzində BMT və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə keçirilir.
Dünyanın 190-dan çox ölkəsindən 500-dən çox nümayəndənin iştirak etdiyi builki foruma müxtəlif ölkələrin dövlət idarəçiliyi və dövlət xidmətləri üzrə nazirləri, yerli idarəetmə orqanlarının, akademik dairələrin və özəl sektorun rəhbər şəxsləri qatılıblar.