Pekində iyunun 29-da Azərbaycan da daxil olmaqla, Asiya İnfrastruktur İnvestisiyaları Bankının (AİİB) 57 təsisçi üzvü olan ölkələr tərəfindən bankın nizamnaməsi haqqında sənəd imzalanıb.
Trend-in məlumatına əsasən, bu barədə AİİB-nin saytında xəbər verilib.
Azərbaycan Maliyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycan tərəfdən sazişi hazırda Çində səfərdə olan nazir Samir Şərifov imzalayıb.
Sazişə əsasən, bankın nizamnamə kapitalı 100 milyard dollar, Çinin bankda iştirak payı isə 26,06 faiz təşkil edir.