AzərTAc yeni doqquzmərtəbəli binaya köçəcək

ANS televiziyasında yayımlanan ən yaşlı verilişlərdən olan “Qulp” proqramı xeyli vaxtdır efirə çıxmır. Modern.az saytı bunun səbəbini araşdırmağa çalışıb. 

ANS Şirkətlər Qrupunun ictimaiyyətlə əlaqələr müşaviri Mais Məmmədov verilişin bağlanmağının səbəbini vaxtının bitməsiylə əlaqələndirib: 
““Qulp” verilişi artıq qocalıb. Mənim 70 neçə yaşım var. Mən indi 18, 19 yaşlı uşaq kimi oynaya bilmərəm. “Qulp” da onun kimi. Hər verilişin vaxtı, zamanı var. “Qulp” verilişi də vaxtı bitdiyinə görə artıq efirə getmir. Mübariz Əsgərovdan yeni bir layihə görüb-görməməyimiz ondan asılıdır. O müəllifdir. Qoy o bizə layihə versin, biz baxarıq. Hələ ki, yeni bir layihə təqdim etməyib”.

Qeyd edək ki, Modern.az saytı “Qulp”un daimi aparıcısı M. Əsgərovun da rəyini öyrənməyə cəhd edib. Lakin onunla əlaqə yaratmaq mümkün olmayıb.

Tanınmış telejurnalist Mübariz Əsgərovun məşhur telelayihəsi “Qulp” satirik verilişi1992-1998-ci illərdə AzTV-də yayımlanıb. Dövlət Televiziyasında 12 buraxılışı getmiş “Qulp” 1998-ci ildən indiyədək ANS TV-də yayımlanıb və telekanalın baxımlı verilişlərindən sayılıb. Veriliş cəmiyyətdə baş verən ictimai, siyasi hadisələrə satirik prizmadan baxıb, bütün çatışmazlıqları cəmiyyətin özünə göstərib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO