AzərTAc ilə Səudiyyə Press Agentliyi arasında sənəd imzalanıb

Dünya Xəbər Agentlikləri Konqresi Şurasının Bakıda keçiriləcək iclası çərçivəsində AzərTAc ilə Səudiyyə Ərəbistanı Krallığının Səudiyyə Press Agentliyi (SPA) arasında informasiya mübadiləsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

SalamNews xəbər verir ki, memorandumu Dünya Xəbər Agentlikləri Konqresinin sədri, SPA-nın prezidenti Abdullah bin Fəhd əl-Hüseyn və AzərTAc-ın baş direktoru Aslan Aslanov imzalayıblar.

Sənəd tərəflərin milli qanunvericiliyinə uyğun olaraq informasiya sahəsində ikitərəfli əlaqələrin genişləndirilməsi məqsədi ilə hər iki agentlik arasında xəbər, fotoşəkil, təcrübə və jurnalist mübadiləsini, üzv olduqları beynəlxalq və regional qurumlar çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsini nəzərdə tutur.

İmzalanma mərasimindən sonra Abdullah bin Fəhd əl-Hüseyn ilə AzərTAc-da görüş olub.

AzərTAc-ın SPA agentliyi ilə Dünya Xəbər Agentlikləri Konqresi, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatı (OANA) çərçivəsində uğurla əməkdaşlıq etdiyini xatırladan baş direktor agentliklər arasında informasiya mübadiləsinin vacibliyini bildirib, bu baxımdan imzalanmış memorandumun əhəmiyyətini vurğulayıb.

– See more at: http://salamnews.org/az/news/read/128594#sthash.n27fhf5S.dpuf

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO