AzərTAc Çin dilində xəbərlər buraxacaq

Çin Xalq Respublikasının “Global times” qəzetinin baş redaktoru, tanınmış jurnalist Hu Xijinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət Teleqraf Agentliyində (AzərTAc) olub.

SalamNews xəbər verir ki, agentliyin baş direktoru Aslan Aslanov AzərTAc-ın yaranma tarixi, keçdiyi inkişaf yolu və beynəlxalq əlaqələri barədə ətraflı məlumat verib. O, AzərTAc ilə Çinin Sinxua agentliyi arasında sıx əlaqələrin olduğunu, hər iki qurumun nüfuzlu beynəlxalq informasiya təşkilatlarında uğurla əməkdaşlıq etdiyini diqqətə çatdırıb.

Görüşdə beynəlxalq aləmdə çox nüfuzlu iki media qurumunun – Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının və Xəbər Agentliklərinin V Dünya Konqresinin 2016-cı ildə Bakıda keçirilməsi barədə qərarların qəbulunda Sinxua agentliyinin AzərTAc-a dəstəyi xüsusi vurğulanıb.

Azərbaycanın siyasi sabitliyi, demokratiyanı və tolerantlığı özündə birləşdirən nadir ölkələrdən biri olduğunu söyləyən H.Xijin respublikamızın bu sahədə bir çox dövlətə nümunə ola biləcəyini deyib. O, rəhbərlik etdiyi qəzetlə AzərTAc arasındakı əməkdaşlıq və xəbər mübadiləsi imkanlarından danışıb.

Qonağın diqqətinə çatdırılıb ki, bu yaxınlarda AzərTAc-da Çin dilində xəbərlər buraxılacaq. Bu baxımdan AzərTAc ilə Çin KİV-ləri, o cümlədən “Global times” qəzeti ilə əməkdaşlıq əlaqələrinin önəmi vurğulanıb.

– See more at: http://salamnews.org/az/news/read/123320#sthash.Pt0vihcy.dpuf

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO