Azərbaycanlı jurnalistlər Ukraynaya gediblər

Ukraynanın Krım vilayətində səfərdə olan bir qrup azərbaycanlı jurnalist Yaltanın faşistlərdən azad olunmasında iştirak edən, bu şəhərin fəxri vətəndaşı alay komandiri Cəlil Nəcəfovun adına olan bağa baş çəkiblər. Bu barədə Modern.az saytına Krımdakı Azərbaycan icmasının rəhbəri Rahim Hümbətov məlumat verib. Onun sözlərinə görə, azərbaycanlı jurnalistlərin 77-ci Azərbaycan diviziyasının Sevastopoldakı xatirə kompleksini ziyarətinə Bakıdan olan turoperatorlar da qatılıblar. Qeyd edək ki, bir qrup jurnalist və turoperator səfərə Krım hakimiyyətini dəvətilə gedib. Məqsəd Krımın sanatoriya-turist imkanları ilə bağlı Azərbaycanda reklamı imkanları ilə bağlıdır. Azərbaycandan olan nümayəndə heyəti bir həftə ərzində Krımın ən populyar kurort yerlərini gəziblər.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO