Azərbaycanda yeni televiziya kanalı açılacaq

Milli Televiziya və Radio Şurasının iclası keçirilib.

Şuradan SalamNews-a verilən məlumata görə, iclasda yeni televiziya yayım kanalının açılması imkanları araşdırılıb və yeni ümumrespublika televiziya yayım kanalının açılması üçün (Bakı şəhəri və Abşeron yarımadasında 37-ci TV yayım kanalı, 11-ci sektor olmaqla) 22 yanvar 2014-cü il tarixdən 22 fevral 2014-cü il tarixədək müsabiqə elan edilib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO