Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib.
Şuradan SalamNews-a verilən məlumata görə, iclasda Azərbaycan ərazisində DVB-T rəqəmli televiziya yayım sisteminin tətbiqi ilə əlaqədar olaraq qarşıda duran vəzifələr müzakirə edilib. Azərbaycan ərazisində DVB-T rəqəmli televiziya yayım sisteminin tətbiqi ilə əlaqədar zəruri texniki-hüquqi prosedur və sənədlərin müvafiq qanunvericilik və beynəlxalq təcrübəyə uyğun surətdə hazırlanması məqsədilə teleradio yayımçılarının xüsusi razılıq (lisenziya) verilməsi və xüsusi razılıq (lisenziya) müddətlərinin uzadılması barədə müraciətlərinə baxılması MTRŞ-nin qərarına əsasən müvəqqəti olaraq təxirə salınıb.
Həmçinin, “Rəqəmli radio-televiziya yayımı üçün lisenziyaların verilməsi Qaydaları”nın hazırlanması işinin başa çatdırılmasının təmin edilməsi Milli Televiziya və Radio Şurası Aparatına tapşırılıb, xüsusi razılıq (lisenziya) müddətlərinin uzadılması barədə Şuraya müraciət etmiş teleradio yayımçılarının fəaliyyətinin xüsusi razılıq (lisenziya) müddətlərinin uzadılması barədə müraciətlərə baxılanadək davam etdirilməsi qərara alınıb.