“Azərbaycanda sahibkarlığın inkişafı” yazı müsabiqəsinin qalibləri mükafat alıblar

“Xalq” və “Kaspi” qəzetləri “Azərbaycanda sahibkarlığın inkişafı” yazı müsabiqəsinin nəticələrinə həsr olunmuş mətbuat konfransı keçiriblər.

SalamNews xəbər verir ki, tədbirdə Mətbuat Şurasının sədri Əflatun Amaşov jurnalistlər arasında keçirilən ulu öndər Heydər Əliyevin 90 illiyinə həsr olunmuş yazı müsabiqəsinin nəticələri haqqında məlumat verib.

Bildirilib ki, müsabiqəyə 70-dən çox yazı təqdim olunub. Qaliblərə fəxri diplom və pul mükafatı verilib. Müsabiqə qalibləri arasında “Kaspi”, “525”, “Şərq”, “Palitra”, “Həftə içi”, “Mövqe”, “İki sahil” qəzetlərinin jurnalistləri yer alıb. Digər 9 jurnalist isə həvəsləndirici mükafata layiq görülüb.

– See more at: http://az.salamnews.org/az/news/read/74642/ldquoazerbaycanda-sahibkarligin-inkishafirdquo-yazi-muumlsabiqesinin-qalibleri-muumlkafat-aliblar/#sthash.6nBWEglZ.dpuf

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO