Azərbaycanda jurnalist fəaliyyətinə görə 10-a yaxın insan həlak olub

Bakıda Ümumdünya Söz Azadlığı Günü ilə bağlı “Təhlükəsiz şəraitdə danışmaq: Mediada söz azadlığının təmin olunması” mövzusunda konfrans keçirilir.

SalamNews-un məlumatına görə, konfransda ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morniqstar, ATӘT-in Bakı ofisinin rəhbəri Koray Targay, Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Roland Kobia, Media Hüquqları İnstitutunun direktoru Rəşid Hacılı, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) direktoru Emin Hüseynov, Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev və başqa tanınmış media və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Tədbiri giriş sözü ilə RATİ-nin direktoru Emin Hüseynov açıb.

Konfransın moderatoru Amerikanın səsi teleradiosunın əməkdaşı Tapdıq Fərhadoğludur. O bildirib ki, Azərbaycanda jurnalist fəaliyyətinə görə 10-a yaxın insan həlak olub. Altı 6 jurnalist müharibələrdə peşə fəaliyyətini yerinə yetirərkən dünyasını dəyişib.

Hazırda konfrans davam edir.
– See more at: http://az.salamnews.org/az/news/read/72505/azerbaycanda-jurnalist-fealiyyetine-goumlre-10-a-yaxin-insan-helak-olub/#sthash.wtkzWCCt.dpuf

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO