Azərbaycan və Türkiyə mediasında birgə layihə icra olunacaq

Azərbaycan Mətbuat Şurasında (AMŞ) bu gün «Azərbaycan və Türkiyə mediası: qarşılıqlı əməkdaşlığın təcrübədən peşəkarlığa aparan yolu» layihəsi ilə bağlı KİV təmsilçiləri ilə görüş keçirilib.

SalamNews xəbər verir ki, layihə AMŞ, Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun, Türkiyənin Azərbaycandakı Səfirliyinin və Türk İşbirliyi və Koordinasiya Agentliyinin (TİKA) Azərbaycan Nümayəndəliyinin birgə təşəbbüsüdür.

AMŞ sədri bildirib ki, layihədən məqsəd Azərbaycan və Türkiyə media vasitələri arasında təcrübə mübadiləsi prosesini daha da sürətləndirməkdən, media vasitələrinin qlobal informasiya məkanında birgə iştirakına yönələn səmərəli əməkdaşlığını möhkəmləndirməkdən, media peşəkarlığının yüksəldilməsinə, informasiya texnologiyalarının mediada tətbiqinə dair yeniliklərdən faydalanmaqdan ibarətdir. O, layihə çərçivəsində görüləcək işlər barədə də danışıb.

Mövzu ətrafında müzakirələrdə birgə təşəbbüsün faydalı alınması üçün təkliflər səsləndirilib.

Görüşdə qərara alınıb ki, layihə çərçivəsində görüləcək işlərin yaxından izlənilməsi üçün aparıcı təşkilatların rəhbərlərindən ibarət işçi qrupu yaradılsın və vahid fəaliyyət xətti müəyyənləşdirilsin.

– See more at: http://salamnews.org/az/news/read/114024#sthash.nIG5YCri.dpuf

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO