Azərbaycan məbuatının inkişafında Heydər Əliyevin xidmətləri misilsizdir – MŞ sədri

“Bu gün dövlətin marağı ondan ibarətdir ki, ölkədə müstəqil media qurumları möhkəm olsun və inkişaf etsin.”
SalamNews-un verdiyi xəbərə görə, bunu İnterAz-a açıqlamasında Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.
O bildirib ki, ümumilli lider Heydər Əliyev Azərbaycan xalqının bəşəriyyətə bəxş etdiyi ən böyük dühalardan biridir: “1998-ci ildə Heydər əliyev çox böyük cəsarət göstərərk Kütləvi İnformasiya Vasitələrinin üzərindən senzura yükünü götürdü. O vaxtdan Azərbaycan mətbuatının inkişafında yeni mərhələ başladı. Tezliklə qanunvericilik aktları beynəlxalq standartlara uyğunlaşdırıldı. Mətbuat və İnformasiya Nazirliyi ləğv olundu. Mətbuat Şurası, Milli Televiziya və Radio Şurası yarandı. Həmin vaxtdan başlayaraq redaksiyalara yardımlar edildi. Prezident İlham Əliyev jurnalistlərlə son görüşündə vurğuladı ki, hər bir ölkədə müstəqil mətbuatın vəziyyəti o ölkənin inkişafına adekvatdır. Biz ölkəfə güclü bir dövlət qurmaq istyiriksə, medianın yüksək inkişafı ən əsas meyyarlardan biridir.”

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO