Azərbaycan jurnalistikasının əhəmiyyətli hissəsi internet mediada cəmləşib – sektor müdiri

“Azərbaycan informasiya-komunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyi, bu sahədə innovasiyaların tətbiqinin hərtərəfli stimullaşdırıldığı azad və keyfiyyətli internetin mövcud olduğu ölkədir.”

SalamNews xəbər verir ki, bunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev deyib.

O bildirib ki, ölkədə yüzlərlə sayt və portal fəaliyyət göstərir. İKT sahəsində müasir standartların tətbiqi, milli peykin orbitə çıxarılması, internetin infrastrukturunun təkmiləşdirilməsi, ayrı-ayrı dövlət proqramlarının və milli fəaliyyət planlarının hazırlanması və həyata keçirilməsi nəticəsində dövlət orqanlarının fəaliyyətinin şəffaflaşdırılması və digər tədbirlər həm də yeni medianın hərtərəfli inkişafına xidmət edib. İndiki reallıq ondan ibarətdir ki, internet media istər informasiyanın əldə edilməsi, istərsə də cəmiyyətə çatdırılmasında ənənəvi media ilə çox ciddi rəqabət aparır və bəzi parametrlərə görə hətta ənənəvi medianı üstələyib. İndi Azərbaycan jurnalistikasının əhəmiyyətli hissəsi məhz internet mediada cəmləşib. Bu reallıq yeni medianın həm cəmiyyətin informasiya təminatı, həm də informasiya təhlükəsizliyinin təmin edilməsində rolunu və çəkisini açıq nümayiş etdirir.

– See more at: http://salamnews.org/az/news/read/127981#sthash.54kmoPow.dpuf

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO