Avtomobil sahiblərinə şad xəbər: Bu sənəd ləğv olundu

Azərbaycanda avtomobillərini texniki baxışdan keçirmək istəyən
şəxslər yol vergisinin ödənilməsi barədə sənədi verməkdən azad olunacaq.

Trend-in məlumatına görə, bu barədə məsələ parlamentin mayın 29-da
keçirilən plenar iclasının gündəliyinə daxil edilən “Yol hərəkəti
haqqında” qanuna dəyişikliklərdə öz əksini tapıb.

Belə ki, qanuna təklif edilən dəyişikliyə əsasən, texniki baxış
keçirilməsi üçün nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək
hüququ olan şəxs indiyə qədər təqdim etdiyi Azərbaycan Respublikasının
Vergi Məcəlləsi ilə müəyyən edilmiş məbləğdə yol vergisinin ödənilməsi
barədə sənədi təqdim etməkdən azad olunur.

Dəyişiklik iclasda müzakirə edildikdən sonra səsə qoyularaq qəbul edilib.

Qeyd edək ki, bu dəyişiklik Vergi Məcəlləsinə edilən dəyişkliyə
uyğunlaşdırmaq məqsədilə həyata keçirilir. 2015-ci ilin yanvarın 1-dən
Vergi Məcəlləsində qüvvəyə minmiş dəyişikliklərə əsasən, Azərbaycan
Respublikasının ərazisində şəxslərin mülkiyyətində və ya istifadəsində
olan avtonəqliyyat vasitələri vergitutma obyekti deyil, yəni 2015-ci
ildən etibarən mülkiyyətində və ya istifadəsində avtonəqliyyat
vasitələri olan hüquqi və fiziki şəxslər illik yol vergisini
ödəməyəcəklər.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO