«İnterfaks-Azərbaycan» xəbər verir ki, Azərbaycanda KİV-rin fəaliyyətində müəyyən problemləri qeyd edən Avropa Şurasının nümayəndəsi seçkilər ərəfəsində istənilən ölkə üçün bunun təbii hal olduğunu vurğulayıb. Veronika Kotekin sözlərinə görə, Avropa Şurası 15 oktyabr prezident seçkilərini diqqətlə izləmək niyyətindədir. «AŞ-ın Bakı ofisi KİV nümayəndələri ilə yanaşı Mərkəzi Seçki Komissiyasının üzvləri ilə sıx əməkdaşlıq etməyə hazırdır», – deyə Kotek çıxışını yekunlaşdırıb.
Mənbə: day.az