Tədbiri giriş sözü ilə açan AVCİYA –nin Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı qeyd edtdi ki, 2004-cü ilin dekabrında bütün Azərbaycan ərazisində 300-dən çox yerli və xarici müşahidəçinin iştirakı ilə bələdiyyə seçkilərinin monitorinqini təşkil edib və “exit-poll” (çıxışda sorğu) tədqiqatını həyata keçirib.
Onun sözlərinə görə, assosiasiya 2010-cu ilin noyabrında keçiriləcək parlament seçkilərinə yaxından kömək göstərmək məqsədilə fəaliyyət proqramı hazırlayıb. Proqram çərçivəsində Assosiasiya 05 mart 2010 – cu il tarixdə “Azərbaycan Respublikasında 2010 – cu il parlament seçkiləri: gözləntilər və mövqelər” mövzusunda Dəyirmi Masa və 16 aprel 2010 – cu il tarixdə Fransanın “Avrasiya-Yeni Üfüqlər” qeyri-hökumət təşkilatı ilə birgə “Azərbaycanda 2010-cu il parlament seçkiləri: daha demokratik, daha şəffaf” adlı beynəlxalq konfrans keçirilib.
Assosiasiya 26.05.2010 – cu il tarixdə mətbuat konfransı keçirərək fəaliyyət proqramı ictimaiyyətə açıqlayıb. AVCİYA Seçki Qərargahı parlament seçkiləri ilə əlaqədar reqionlarda işini üç mərhələdə aparmağı planlaşdırıb.
• I mərhələdə – reğional ofislərinin işinin parlament seçkilərinə uyğunlaşdırılası;
• II mərhələdə – reqionlarda müşahidəçilər üçün təlim keçəcək təlimçilərin hazırlanması;
• III mərhələdə – müşahidəçilər üçün treniqlər keçirilməsi, seçicilərin fəallığının artırılması və seçki günü ölkə üzrə müşahidənin təşkili;
AVCİYA fəaliyyət proqramında nəzərdə tutulan I mərhələni, regional ofislərin işinin seçkilərə uyğunlaşdırılması mərhələsini (4 – 30 iyun 2010) iyun ayının axırında başa vurub. Natiq bununla bağlı bildirdi ki,
bu mərhələdə Xaçmaz, Şirvan, Lənkəran, Oğuz, Zaqatala, Ucar, Goranboy, Gəncə reqional nümayəndəliyinin işi parlament seçkilərinə uyğunlaşdırılması ilə bağlı tədbirlər həyata keçirilib. Bundan başqa Xaçmaz ( 5 iyun), Şirvan (12 iyun), Lənkəran (19 iyun), Lerik (20 iyun), Zaqatala (27 iyun), Gəncədə (28 iyun) ətraf rayon nümayəndələrinin iştirakı ilə seminarlar keçirilib. Seminar iştirakçılarına seçkilərlə bağlı nəşr olunmuş 2 kitabça təqdim olunub.
AVCİYA iyul ayının əvvələrindən fəaliyyət proqramın II mərhələsində Respublikanın 8 regionunda təlimçilər üçün seminarlar keçirib. Konkret olaraq Şirvan (20 iyul), Lənkəran (21 iyul), Ucar (23 iyul), Goranboy ( 24 iyul), Gəncədə (25 iyul), Oğuz (26 iyul), Xaçmaz ( 29 iyul), Zaqatalada ( 01 avqust) təlimçilər üçün seminarlar keçirilmiş və reqionlarda müşahidəçilərə treniqlər keçmək üçün 43 nəfər təlimçi hazırlanmışdır. Təlimçilərin hər birinə AVCİYA Seçki Qərargahının sertifikatları verilicək. Bundan əlavə AVCİYA Seçki Qərargahı Milli Məclisə seçkilərin Uzunmüddətli Müşahidəsini təşkil edir. Bununla əlaqədar hazırlanacaq “Aralıq hesabat” ictimaiyyətə təqdim olunacaq. Daha sonra AVCİYA- nın bu günə qədər seçkilərə aid bir sira metodik vəsait və 14 kitabça nəşr edildiyini qeyd edən m.Zülfüqarlının sözlərinə görə, bu ilin iyul ayında isə 3 min tirajla “2010 – cu il Milli Məclisə seçkilərin monitorinqi. Yaddaş kitabçası” 3 min tirajla çap olunaraq regionlara paylanıb. Assosiasiyanın hazırladığı sənədlər, Aralıq, Yekun hesabatlar və kitabların elektron variantları www.avciya.az saytında yerləşdirilib. Bundan əlavə avqustun 19 – dan başlayaraq 7 noyabra qədər hər həftənin 4 – cü günü 525 – ci qəzetin bir səhifəsi AVCİYA – nın Milli Məclisə seçkilərlə bağlı fəaliyyətini əks etdirən yazılar dərc olunacaq.
Assosiasiya sentyabr ayının əvvələrindən başlayaraq – III mərhələdə nəzərdə tutulan aşağıdakı işlərin həyata keçirilməsinə başlayacaq:
• Reqionlarda, həmçini Bakı və Sumqayıtda müşahidəçilərin müəyyən edilməsi və onların qanuna müvafiq olaraq qeydiyyatdan keçirilməsi;
• Respublikanın bütün bölgələrində AVCİYA – nın yerli təlimçilərinin köməyi ilə müşahidəçilər üçün treniqlərin təşkili;
• Reqionlarda seçicilərin fəallığının artırılması üçün maarifçilik işlərinin həyata keçirilməsi;
• Uzunmüddətli Müşahidəsinin davam etdirilməsi və “Aralıq hesabat”ın hazırlanması;
• Beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi ;
• Seçki günü ölkə üzrə müşahidənin təşkili və s.
Assosiasiya nümayəndələri Bolqarıstan, Gürcüstan, Belarus, Moldovada keçirilən seçkilərdə müxtəlif missiya tərkiblərində seçkiləri müşahidə etmişlər. AVCİYA, sıralarında 36 ölkənin nümayəndələrini birləşdirən Seçki Müşahidəçiləri Dünya Şəbəkəsinin (World Network od Election Observers – www. worldelection.net) üzvüdür. Bundan başqa AVCİYA Association Of European Election Officials (ACEEEO) təşkilatının 9 – 11 sentyabr 2010 – cu il tarixdə Tbilisi şəhərində keçiriləcək konfransında təmsil olunacaq və Assosiasiyanın bu quruma üzvülük məsələsi müzakirə ediləcək.
Tədbirin sonunda treninq iştirakçılarına sertifikatlar təqdim edildi. AVCİYA- nın Seçki Qərargahı