Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Milli Məclisə seçkilərlə əlaqədar regionlarda seminarlarə davam etdirir. Şirvan, Hacıqabul, Sabirab, Xaçmaz, Quba, Qusar rayonlarından sonra Zaqatala, Balakən, Qax müşahidəçiləri üçün seminarlar keçirilib.
AVCİYA Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı seminarlarda məruzə ilə çıxış edərək seçki ərəfəsi ictimai-siyasi vəziyyət və bu ilki seçkilərin ölkəmiz üçün əhəmiyyətindən danışıb. Daha sonra müşahidəçilərin hüquq və vəzifələri, onların seçki günü fəaliyyətləri haqqında tədbir iştirakçılarına ətraflı məlumat verilib. Seminarların sonunda iştirakçıların suallarına ətraflı cavablar verilib.
Assosiasiya növbəti seminarları bu həftənin sonu Gəncə, Göygöl və Daşkəsən rayonlarında keçirməyi planlaşdırır.
Seminarlarda AVCİYA Zaqatala Regional nümayəndəliyinin rəhbəri Asif Bayramov və Seçki Qərargahının kordinatoru Vasib Rəcəbov iştirak edib.
AVCİYA-nın Mətbuat Xidməti