Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) 31 mart – Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar Şamaxıya bu gün press-tur təşkil edib.
SalamNews xəbər verir ki, 50 nəfərdən ibarət KİV nümayəndəsi Qobustan rayonu Hacıdərə kəndi ərazisində yerləşən şəhid türk zabitinin məzarı ziyarət edib.
Media işçiləri Şamaxı Tarix-Diyarşünaslıq Muzeyinin zəngin eksponatları ilə tanış olublar. Onlara məlumat verilib ki, muzey 1945-ci ildən fəaliyyət göstərir və burada 25-35 milyon il əvvələ aid ağac nümunələri, müasir incəsənət əsərləri nümayiş olunur.
Sonra Şamaxının Şərədil, Sadiyan və Mirikənd kəndlərində 1918-ci il 31 mart- 3 aprel tarixlərində erməni azğınlarının törətdikləri vəhşiliklər haqqında yerli sakinlərin söhbətlərini dinlənilib, faciə məkanına baxılıb.
Bildirilib ki, o zaman kənddən qaça bilməyən xəstə insanların başını oraqla kəsən ermənilər xəstə və qoca insanlara aman verməyib onları evlərində diri yandırıblar.
Press-tur zamanı jurnalistlər Şamaxıdan seçilmiş deputat Elxan Süleymanovun qərargahında elkhan-suleymanov.az saytının təqdimatına qatılacaqlar.
– See more at: http://salamnews.org/az/news/read/119748#sthash.N8WXwfXc.dpuf