AVCİYA Şamaxıya press-tur təşkil edib

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) 31 mart – Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar Şamaxıya bu gün press-tur təşkil edib.

SalamNews xəbər verir ki, 50 nəfərdən ibarət KİV nümayəndəsi Qobustan rayonu Hacıdərə kəndi ərazisində yerləşən şəhid türk zabitinin məzarı ziyarət edib.

Media işçiləri Şamaxı Tarix-Diyarşünaslıq Muzeyinin zəngin eksponatları ilə tanış olublar. Onlara məlumat verilib ki, muzey 1945-ci ildən fəaliyyət göstərir və burada 25-35 milyon il əvvələ aid ağac nümunələri, müasir incəsənət əsərləri nümayiş olunur.

Sonra Şamaxının Şərədil, Sadiyan və Mirikənd kəndlərində 1918-ci il 31 mart- 3 aprel tarixlərində erməni azğınlarının törətdikləri vəhşiliklər haqqında yerli sakinlərin söhbətlərini dinlənilib, faciə məkanına baxılıb.

Bildirilib ki, o zaman kənddən qaça bilməyən xəstə insanların başını oraqla kəsən ermənilər xəstə və qoca insanlara aman verməyib onları evlərində diri yandırıblar.

Press-tur zamanı jurnalistlər Şamaxıdan seçilmiş deputat Elxan Süleymanovun qərargahında elkhan-suleymanov.az saytının təqdimatına qatılacaqlar.

– See more at: http://salamnews.org/az/news/read/119748#sthash.N8WXwfXc.dpuf

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO