Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Milli Məclisə seçkilərlə əlaqədar regionlarda seminarları davam etdirir. Şirvan, Hacıqabul, Sabirab, Xaçmaz, Quba, Qusar, Zaqatala,Balakən, Qax Gəncə,Göygöl, Daşkəsən rayonlarından sonra Bərdə, Tərtər və Goranboy rayonlarında seminarlar keçirilib.
Seminarlarda seçki ərəfəsi ictimai-siyasi vəziyyət, bəzi beynəlxalq təşkilatların Azərbaycana qarşı qərəzli mövqeləri, Milli Məclisə növbəti seçkilərin ölkəmiz üçün əhəmiyyəti və s. məsələlər tədbir iştirakçılarına izah olunub. Seminarlarda AVCİYA Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı çıxış edərək müşahidəçilik missiyasının seçkilərin şəfaf və demokratik keçirilməsində rolu, müşahidəçilərin seçki günü fəaliyyəti, onların hüquq və vəzifələri haqqında tədbir iştirakçılarına ətraflı məlumat verilib. Seminarların sonunda iştirakçıların regionlardakı ictimai-siyasi vəziyyət haqqında məlumatları dinlənilmiş, onların sualları cavablandırılmışdır.
Assosiasiya növbəti seminarları bu həftənin sonu Lənkəran, Cəlilabad və Biləsuvar rayonlarında keçirməyi planlaşdırır.
Seminarlarda AVCİYA Bərdə Regional nümayəndəliyinin rəhbəri Xaliq Məmmədov, Goranboy rayonu üzrə əlaqələndirici Razi Quliyev, Tərtər rayonu üzrə əlaqələndirici Əli Sultanov və Seçki Qərargahının kordinatoru Cavid Camalov iştirak edib.
AVCİYA-nın Mətbuat Xidməti