ATV İnternational kanalı yeni binaya köçürüləcək. Bu barədə Modern.az-a “Azad Azərbaycan” Televiziyasının Xəbərlər redaksiyasının baş redaktoru Vaqif Aydınoğlu deyib. O bildirib ki, ATV İnternational yaranarkən qarşıya belə məqsəd qoyulmuşdu ki, o öz bazasını formalaşdırdıqdan və inkişaf etdikdən sonra yeni binaya köçürülsün.
“Burada heç bir maliyyə çatışmazlığı və ya başqa problem yoxdur. ATV İnternational telekanalının ayrıca lisenziyası var və onun ayrı binada fəaliyyət göstərməsi normaldır”. V. Aydınoğlu bildirib ki, telekanal yaxın günlərdə başqa binaya köçürüləcək.
Qeyd edək ki, 2010-cu ildə yayıma başlayan ATV İnternational “Azad Azərbaycan” Televiziyası və Radiosunun binasında yerləşir.