ATV kanalından ixtisarlarla bağlı AÇIQLAMA

“Şirkətdə dekoratorların sayı 16 idi. Dekorasiya işlərinin bir qismini dekoratorlar həyata keçirsə də, əsas dekorasiyalar xaricdən sifariş edilirdi. Buna görə də ATV-də ixtisar aparıldı”. Bu barədə Modern.az-a “Azad Azərbaycan” telekanalından məlumat verilib.

Məlumatda  bildirilir ki, ixtisara cəmi 7 nəfər düşüb. Onlar sırf texniki işçilərdir. 

Qeyd edək ki, “Azad Azərbaycan” Telekanalının (ATV) əməkdaşlarının kütləvi şəkildə işdən ayrılması xəbəri yayılıb. Məlumata görə, kütləvi etiraza səbəb baş dekorçu Elxan Novruzovun işdən getməsidir.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO