Mayın 3-də – Dünya Mətbuat Azadlığı Günü ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviç Berlində jurnalistlər üçün informasiya əldə edilməsinə dair yeni əsasnamə açıqlayacaq.
APA-nın ATƏT-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, əsasnamədə informasiya əldə etmək üçün qaydalar, şikayət proseduru və Avropa, Cənubi Qafqaz, Rusiya, Kanada və ABŞ-da informasiyaya sərbəst çıxışın digər vacib aspektləri əksini tapıb.