ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq iyunun 17-də Göygöl rayonunun Ömər dağ keçidindəki qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.
Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, səhra köməkçisi Xristo Xristov və yüksək səviyyəli planlaşdırma qrupunun nümayəndəsi polkovnik Tuncay Sevim, təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle, Saymon Tiller və yüksək səviyyəli planlaşdırma qrupunun nümayəndəsi polkovnik-leytenant Aleksandr Nepokrıtıx keçiribər.
Apa.az