Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyası çərçivəsində qurumun Monitorinq Komitəsinin iclası keçirilib.
Trend-in məlumatına görə, komitənin iclasında Azərbaycanın vəzifə və öhdəliklərinin yerinə yetirilməsi üzrə yeni həmməruzəçi təyin edilib. İspaniyalı parlamentar Aqustin Konde bu vəzifə yə seçilib. O Pedro Aqramuntu əvəzləyib və 5 il müddətinə həmməruzəçi səlahiyyətlərini icra edəcək.