Arif Əliyev Rusiyanın tanınmış baş redaktorunu Bakıya gətirir

Dmitri Fedotov “Fronline” Bakı Klubunun müzakirəsinə qatılacaq, “Media açarı”nın təqdimatında iştirak edəcək

Yanvarın 10-da Avropa otelində “Media açarı-2011” mükafatının təqdimat mərasimi keçiriləcək. Təqdimat “Frontline” Bakı Klubunun yaradılmasına hazırlıq çərçivəsində keçirilən ikinci tədbirdə baş tutacaq.

“Frontline” Bakı Klubunun növbəti toplantısı “Azərbaycanda Yeni Medianın söz və informasiya azadlığına təsiri” mövzusuna həsr ediləcək. KİV rəhbərləri, media ekspertləri, hüquqşünasların iştirak edəcəyi diskussiyada Azərbaycanda bu sahədə mövcud olan cətinikərin digər postsovet ölkələrində yaanan problmlərlə müqayisə ediləcək. Həmçinin, Rusiya və Azərbaycanda ifadə azadlığına dair transmilli kampaniyaların hazırladığı süjetlər nümayiş etdiriləcək.

Tədbirdə Rusiyanın ən populyar və oxunaqlı 10 saytından biri olan “Argumenti.ru”nun baş redaktoru Dmitri Fedotov da iştirak edəcək. Qonaq Rusiyada söz və ifadə azadlığının durumu, rus jurnalistlərinin iş şəraiti, bu yaxınlarda Rusiyada qəbul edilən “Diffamasiyya haqqında” qanunun tətbiqi və digər məsələlər haqqında danışacaq, azərbaycanlı KİV rəhbərləri ilə birlikdə müzakirələrə qoşulacaq.

Toplantının ikinci hissəsində “Media açarı-2011” mükafatının təqdimatı baş tutacaq. “Yeni Nəsil” Jurnalistlər Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin təsis etdiyi bu mükafatın 4 nominasiya üzrə qalibləri müəyyənləşdiriləcək:

“İlin reportyoru” – aktual mövzularda operativ reportajlarına görə;
“İlin şərhçisi” – aktual mövzularda analitik yazıları və fərqli müəllif baxışına görə;
“İlin ən yaxşı jurnalist araşdırması” – dərinliyi, zənginliyi və aktuallığı ilə ictimai rəydə iz qoymuş jurnalist tədqiqatına görə;
“İlin media adamı” – ictimai müzakirələrə təkan vediyinə, jurnalistlər üçün yeni mövzu, baxış və ideyalar mənbəyi rolunda çıxış etdiyinə görə.

Nominasiya qalibləri münsiflər heyətinin qərarına əsasən müəyyənləşdirilir. Lakin bu dəfə təsisçilər həm də media mütəxəssisləri, bu sahəyə yaxın insanların arasında kiçik sorğu da keçiriblər.

1995-ci ildən etibarən “Media açarı” mükafatı hər il 22 İyul – Milli Mətbuat Günü ərəfəsində təqdim olunur. İlk dəfə 2011-ci ildə mükafatın təqdimatı iyulda baş tutmayıb.

“Frontline” Bakı Klubunun ilk toplantısı ötən il dekabrın 7-də keçirilmişdi. İlk diskussiyada paytaxt Bakının problemləri haqqında müzakirə açılmışdı.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO