Arif Babayev: «Gürcüstan Elmar Hüseynovu qətlə yetirmiş Tahir Xubanov və Teymuraz Əliyevi Azərbaycana təhvil verməkdən imtina edir»

Onun sözlərinə görə, Gürcüstanın Baş Prokurorluğuna müvafiq istintaq qrupuna hüquqi yardımın göstərilməsi ilə bağlı 6 vəsatət göndərilib. İstintaq qrupunun üzvləri dörd dəfə bu ölkəyə ezam olunub: «Cinayəti törəmiş şəxslər bəllidir. Bu, beynəlxalq axtarışa elan olunmuş Tahir Xubanov və Teymuraz Əliyevdir. Gürcüstanın Baş Prokurorluğuna həmin şəxslərin saxlanılması və Azərbaycana təhvil verilməsi haqqında müraciət olunub. Lakin Gürcüstan sözügedən şəxsləri təhvil verməkdən imtina edir».

Babayevin sözlərinə görə, hazırda İnterpol yolu ilə Xubanov və Əliyevin axtarışı dünyanın 180 ölkəsində davam edir. «Biz hər zaman ictimaiyyəti bu məsələ ilə bağlı məlumatlandırmışıq və bundan sonra da istintaqın gedişi haqqında məlumatlar verəcəyik», – deyə, Babayev qeyd edib.

Vesti.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO