Apple korporasiyasının fəaliyyətinə və məhsullarına həsr edilmiş italyan muzeyinin yaradıcıları onu məhsul çeşidi baxımından çox zəngin adlandırıblar.
Muzey 2002-ci ilin mayında açılıb və 1976-cı ildən bu günədək şirkətin bütün istehsal xətti orada yerləşdirilib: fərdi kompüter, periferiya qurğuları, aksessuarlar, Appleın prototipləri və bir çox başqa qurğular.
Milli.Az
ICTnews-a istinadən bildirir ki, muzeydəki cihazlar buraxılış tarixi, inkişaf, unikal özəlliyinə uyğun yerləşdirilib: ziyarətçi bütün eksponatları yoxlaya bilər, cihazların hamısı işləyir. Muzeyin kataloqunda 9000-dən çox nüsxə, o cümlədən 987 fərdi kompüter, 244 monitor, 152 printer, 1330 periferiya qurğusu və bir çox başqa qurğular var.
Savona şəhərində yerləşən muzeyin təsisçiləri deyib ki, Appleın Kaliforniyadakı muzeyindən sonra Stiv Cobsun sağ əli, şirkətin marketinq üzrə baş meneceri Brett Mürreyin razılığını almış yeganə muzeydir. Muzeyin yeganə məhdudiyyəti məkanla bağlıdır, buna görə hazırda təşkilatçılar artıq yerli hakimiyyət tərəfindən ayrılmış daha böyük əraziyə köçmək üçün pul toplamaqla məşğuldurlar.
Muzey 2015-ci ilin yayında yeni görünüşdə işinə davam edəcək.
Milli.Az