APA TV-nin fəaliyyətə başlamasından bir il ötür

«APA Holding»in nəzdində fəaliyyət göstərən APA TV-nin fəaliyyətə başlamasından bir il ötür.

SalamNews xəbər verir ki, canlı yayımla efirə çıxan APA TV Azərbaycanın internet məkanında analoq televiziya formatında gündəlik 14 saat aramsız yayım həyata keçirən ilk kanaldır. Müxtəlif səpkili 30-dək verilişin yayımlandığı APA TV xəbər kanalı formatında fəaliyyət göstərir. Hər saatın əvvəlində 10 dəqiqəlik xəbərlərlə efirdə olan televiziyanın informasiya siyasətində əsaslandığı əsas prinsiplər obyektivlik, dinamiklik və operativlikdir ki, bu da “APA Holding”ə daxil olan bütün media strukturlarının əsas fəaliyyət prinsipini təşkil edir. Kanalda siyasət və analiz proqramları, sosial verilişlər, mədəni-kütləvi proqramlar yayımlanır. TV-nin Azərbaycanın bölgələrində və bir neçə xarici ölkədə müxbir postları fəaliyyət göstərir.

SalamNews İnformasiya Agentliyi APA TV-nin kollektivini təbrik edir, həmkarlarımıza fəaliyyətlərində uğurlar arzulayırıq.

– See more at: http://salamnews.org/az/news/read/128267#sthash.YqGHgvns.dpuf

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO