ANS və ATV-yə xəbərdarlıq olundu

Sentyabrın 20-də Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib. İclasda “Azad Azərbaycan Teleradio Şirkəti” və “ANS Müstəqil Yayım və Media Şirkəti” tərəfindən teleradio yayımı sahəsində qanunvericiliyin tələblərinin pozulması faktı üzrə inzibati icraata dair işə baxılıb.
Şuradan Modern.az-a verilən məlumatda bildirilib ki, 17.09.2012-ci il, 18.09.2012-ci il tarixlərdə, saat 17:00 və 19:00 intervalında ANS televiziyasının efirində yayımlanan «İkinci həyat» verilişində və 17.09.2012-ci il, 18.09.2012-ci il tarixlərdə, saat 17:00 və 19:00 intervalında ATV televiziyasının efirində yayımlanan «Ümid var» verilişində “Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün Xüsusi Qaydalar”ın 2.7, 2.8-ci bəndlərinin tələbləri pozulduğundan Milli Televiziya və Radio Şurasının qərarına əsasən “Azad Azərbaycan Teleradio Şirkəti” və “ANS Müstəqil Yayım və Media Şirkəti”nə xəbərdarlıq elan edilib.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO