ANS-də yayınlanan “İkinci həyat” veriliş proqramdan çıxarıldı. Redaksiyamıza daxil olan məlumata görə, verilişin bağlanmasına səbəb canlı yayım zamanı efirə qoşulan tamaşaçının etik normalara zidd olan ifadələr işlətməsi olub.
Buna görə də, bu gündən etibarən Ulviranın aparıcılığı ilə yayınlanan proqram efirə getməyəcək. Bu barədə məlumatı dəqiqləşdirmək üçün verilişin prodüseri Şahin Əhədovla əlaqə saxladıq. O isə bu haqda heç bir məlumat vermək istəmədiyini bildirdi. Proqramın dayandırılmasının müvəqqəti, yoxsa birdəfəlik olmasını öyrənmək istədik. Ancaq prodüser hələ ki, bu bərədə qəti qərar verilmədiyini söylədi. Buna baxmayaraq, verilişin bu gün efirə getməyəcəyi təsdiqlənib.