ANS-lə ikinci məhkəmə iclasının vaxtı açıqlandı

“Məhkəmə prosesi martın 10-u olacaq. Ona qədər heç bir şey deyə bilmərəm”. Bunu Modern.az-a açıqlamasında İnterpress.az saytının baş redaktoru İlham Sərxanlı deyib.

Xatırladaq ki, ANS-in İnterpress.az saytına qarşı qaldırdığı məhkəmə iddiasında qeyd olunur ki, sayt telekanal rəhbərinin şərəf və ləyaqətinə xələl gətirən, ANS-in ictimai nüfuzuna zərbə vuran material yayımlayıb. Kanal məhkəmədən xahiş edir ki, saytdan təkzib verməsi və mənəvi ziyana 200 min (iki yüz min manat) manat cərimə edilməsi ilə bağlı qərar çıxarsın.

İnterpress.az saytı ilə yanaşı ANS TV işgüzar nüfuzuna xələl gətirən materiallar yaydığı iddiası ilə AzNews.az, Azvision.az, Demokratiya.info, Axar.az, Publika.az, Dunyatv.az, Realxeber.az, Etatist.com, Xalqxeber.az, Baymedia.az, Avrasiya.net, Marka.az. saytlarını da məhkəməyə verib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO