ANS-in məhkəməyə verdiyi saytların sayı artdı

ANS Müstəqil Yayım və Media Şirkətinin işgüzar nüfuzuna xələl gətirən materiallar yaydığı üçün məhkəmə verilən sayt və portalların sayı artıb.

ANS MYMŞ-nın Hüquq Departamentindən ANS PRESS-ə verilən məlumata görə, həqiqətə uyğun olmayan məlumatlar yaydıqlarına görə, məhkəmədə cavab verəcək portalların siyahısına aşağıdakılar da əlavə edilib:

dunyatv.az, realxeber.az, etatist.com, xalqxeber.az, baymedia.az, avrasiya.net, marka.az.

Qeyd edək ki, daha öncə məhkəmə verilən sayt və portallar bunlar idi – aznews.az, ınterpress.az, azvision.az, demokratiya.info, axar.az, publika.az, presspost.az.

”Bu portalların qərəzli və əsassız məlumatları əsasında ANS-in işgüzar nüfuzuna maddi və mənəvi ziyan dəyib. Adları çəkilən portallar Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məhkəmə qarşısında cavab verəcəklər”-deyə şirkət bəyan edib.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO