ANS-in daha bir tanınmış aparıcısı telekanaldan çıxıb

Modern.az saytının məlumatına görə, ANS TV-nin daha bir əməkdaşı telekanalı tərk edib. Tanınmış telejurnalist və şərhçi Gündüz Abbaszadə “Neftçi” Futbol Klubunun eyniadlı jurnalının baş redaktoru vəzifəsinə təyin olunub.

ANS telekanalındakı fəaliyyəti ilə tanınan G.Abbaszadə bununla bağlı fikrilərini bildirib:

“Təbii ki, “Neftçi” ailəsinin üzvü olmaq qürurvericidir. İlk növbədə klub prezidenti Sadıq Sadıqova mənə etimad göstərdiyi üçün təşəkkürümü bildirirəm. Mənim məqsədim bu etimadı doğrultmaqdır. 10 illik televiziya təcrübəsindən sonra bu mənim həyatımda yeni səhifə olacaq. Əminəm ki, ağ-qara rənglərə könül verən azarkeşlərimiz, eləcə də bütün futbolsevərlər üçün “Neftçi” jurnalı rəngarəngliyi ilə seçiləcək”.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO