ANS TV-nin Gəncə bürosunun müxbiri Təhminə Tağızadə işdən çıxarılıb. Modern.az xəbər verir ki, bu barədə xanım jurnalistin özü Facebook sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.
“ANS-lə çoxdan vidalaşmaq niyyətinə düşmüşdüm… Məni öz prinsiplərinə qul etmək istəyirdilər..
Mən ANS-dən getməyimə o zaman təəssüflənərdim ki, o sırada mənə yer olardı, ora isə mənim kimilərinin çoxdan yeri deyil… Dünəndən tam azadam”-deyə T.Tağızadə qeyd edib.
Xanım jurnalist bildirib ki, bu olayı faciə saymır: “Haqsızlığı sevmirəm… Müəyyən səbəblərdən bəzi dostlarım hələ də orda işləyir, hərənin öz dərdi, qayğısı var, çoxlarının maddi ehtiyacı var, məcburdu. Amma məni tanıyanlar bilir ki, məni istəmədiyim işə məcbur etmək mümkünsüzdür, bu mənim üçün bir işgəncə olar. Orada isə cüzi maaşa bu vaxta kimi qalmamın səbəbi burda nisbətən azad söz demək imkanımın olması idi. İndi o imkan getdikcə tükənir, elə mənim səbrim kimi. Ona görə daha faydalı ola biləcəyim yerlərdə olacağam. Buna görə isə əksinə çox sevinirəm…”.