ANS-çı Aytəkin Alxaslı xəstəxanaya düşdü

ANS-in bölgə müxbiri Aytəkin Alxaslının səhhətinə problem yarandığından jurnalist xəstəxanaya yerləşdirilib. Bu barədə anspress-ə jurnalistin qohumları məlumat verib.

Hazırda tanınmış jurnalist xəstəxananın palatasında həkim nəzarətindədir. A.Alxaslı qan təzyiqindən əziyyət çəkir. O, iki gündür Qusar rayon Mərkəzi Xəstəxanasında müalicə alır.

Xəstəxanadan bildirilib ki, xəstənin səhhətində bu gündən yaxşılığa doğru dəyişiklik qeydə alınıb.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO