Anar Azərbaycan yazıçılarının Nobel mükafatına niyə layiq görülməməsinə aydınlıq gətirib

Anar Azərbaycan yazıçılarının Nobel mükafatına niyə layiq görülməməsinə aydınlıq gətirib Bu gün Xalq yazıçısı Anarın 73 yaşı tamam olub. O, ANS-in Azərbaycan yazıçılarının Nobel mükafatına niyə layiq görülməməsi” barədə sualına özünəməxsus şəkildə cavab verib. Anarın sözlərinə görə, bu, yazıçıların daha çox kompleksli olmasından irəli gəlir.

“Gərək əvvəlcə sənin əsərlərin ingiliscə və fransızca nəşr olunsun, səni tanısınlar. Nobel mükafatını almaq üçün bədii meyarlardan başqa siyasi meyarlar da var. Bundan başqa, dissident olmağın da Nobel mükafatı almaqda böyük rolu ola bilər. Fərz edək, hər hansı Azərbaycan yazıçısı yazıb ki, gərək Qarabağı verək ermənilərə. Onda onun Nobel mükafatı almağa şansı ola bilər. Ancaq bunu kim edər? On dənə Nobel mükafatı qurban olsun Qarabağın bir kəndinə”, – deyə Anar bildirib.

Xatırladaq ki, Anarın atası şair Rəsul Rza, anası isə şairə Nigar Rəfibəyli olub. Hazırda Yazıçılar Birliyinin sədri olan xalq yazıçısının iki övladı var.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO