“Yazıçıların 34 nəfəri evlə təmin olunub”. Bu sözləri Modern.az-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin sədri Anar bildirib. Onun sözlərinə görə, 45 yazıçının evlə bağlı ərziəsi qəbul edilib və onlardan 34 nəfər evlə təmin olunub.
“Bilirsiniz ki, sovet dövründə ədəbiyyat fondu var idi. Həmin vaxtı bu fond vasitəsilə yazıçılar üçün evlər tikilir, bağlar verilirdi. Amma dünyanın heç bir yerində yazıçılara ev verilmir. Buna baxmayaraq, mənim şəxsi xahişim ilə rəhmətlik Heydər Əliyev bizə torpaq sahəsi ayırdı. Burda tikilən binanın 10 faizi Yazıçılar Birliyinə verildi. Həmin 10 faizdə 44 nəfərin ərizəsi var. Yalnız 34 nəfəri evlə təmin edə bildik”.
Mənzillə bağlı narazılıqları şərh edən Anar bunu qəbul etməyib. “Onları da başqaları ilə əvəz etsəydik, onlar da narazı olacaqdılar. Bu evlər çətinliklə əldə olunub. Amma heç kim çox sağ ol demir, əksinə indidən qalmaqallar yaradırlar. Bəlkə onlar da evlə təmin ediləcəkdilər”-deyə AYB-nin sədri vurğulayıb.